Daha bir namizəd sənədlərini MSK-ya göndərdi


"İctimai Tədqiqatlar Mərkəzi" İctimai Birliyinin sədri İlqar Altayın prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi üçün müvafiq sənədlər bu gün Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

İB-nin mətbuat xidmətindən AzNews.az-a daxil olan məlumata görə, MSK İ.Altayın təqdim etdiyi sənədlərə ilkin baxış keçirib və bəzi əlavə sənədlər də istəyib. Məlumatda bildirilir ki, həmin sənədlər də təqdim edildikdən sonra MSK-dan sənədlərin qəbulu barədə müvafiq rəsmi arayış verilib və bildirilib ki, 5 gün ərzində komissiya tərəfindən məsələyə baxılıb qərar qəbul ediləcək.

Elnur
AzNews.az