- Köhnə - Siyasət
- 6 Sentyabr 2013 11:28
- 1 978
Eldəniz Quliyevlə bağlı prokurorluğa müraciət edildi
Yeni yaradılan alternativ "El" hərəkatının sədri Ə.İbrahimov Trend-ə bildirib ki, iddia ilə bağlı onda olan yeni dəlilləri artıq Baş Prokurorluğa təqdim edib: "Eldəniz Quliyev və onun yanında olan Seyran internetdə belə bir bir məlumat yaymışdılar ki, guya Əflan İbrahimov deyib ki, İsrailə qarşı cihad etmək lazımdır. Mən bu barədə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə məlumat vermişəm ki, həmin iclas avqustun 2-si Ziyalılar Forumunun ofisində keçirilib".
Ə.İbrahimovun sözlərinə görə, orada Eldəniz Quliyev ABŞ-a və İsrailə qarşı çıxışlar edib, onlara qarşı müsəlmanların cihada hazır olmalarını bəyan edib: "Məndə onu təsdiq edən materiallar var idi. İndi Baş Prokurorluqdan gəlirəm, həmin materialları Baş Prokurorluğa təqdim etdim. Dedim, baxın görün kim səsləndirib o fikri. Mən o iclasda demişəm ki, Ali Baş Komandan əmr verərsə 20 faiz torpaqlarımızı zəpt edən ermənilərə qarşı vuruşmağa hazıram".
AzNews.az