İctimai Palata bu gün toplanır


Bu gün İctimai Palatanın Koordinasiya Şurasının iclası çağırılıb.
Bu barədə məlumatı AzNews.az-a Koordinasiya Şurasının üzvü, Milli Şuranın Hüquq Komissiyasının rəhbəri Vidadi Mirkamal deyib.

Onun sözlərinə görə, iclasın gündəliyinə ictimai-siyasi vəziyyət və İP-nın vəzifələrinin müzakirəsi salınıb.

KŞ-ın iclası Müsavat Partiyasının qərargahında baş tutacaq.

Bahar Rüstəmli
AzNews.az