Milli Şuranın növbəti mitinqinin vaxtı bəlli oldu – ÖZƏL

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçicilərlə növbəti görüşünün vaxtı bəlli olub.
Bu barədə AzNews.az-a MŞ-in mitinq komitəsinin rəhbəri Asəf Quliyev məlumat verib.

O bildirib ki, MŞ-in növbəti mitinq-görüşü seçkilərə 4 gün qalmış, oktyabrın 5-də keçiriləcək.

A.Quliyevin sözlərinə görə, onlar oktyabrın 6-da mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, BŞİH-dən bildiriblər ki, mitinqi bir gün öncəyə, oktyabrın 5-ə keçirsinlər: "Biz də həmin tarixlə razılaşdıq. Cəmil Həsənlinin seçicilərlə növbəti mitinq-görüşü oktyabrın 5-də keçiriləcək".

Qeyd edək ki, Milli Şuranın növbəti mitinqi də Yasamal rayonunda yerləşən "Məhsul" stadionunda baş tutacaq.

Anar
AzNews.az