AXCP-dən həbsdə olan gəncin istefasına REAKSİYA


"Biz Daşqın Məlikovun yaydığı məlumatın nə dərəcədə doğru olub-olmadığını deyə bilmərik. Yalnız özü ilə danışandan, həqiqəti biləndən sonra bəyanata aydınlıq gətirmək olar".

Bu sözləri AzNews.az-a açıqlamasında AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı partiya gənclər təşkilatının həbsdə olan üzvü Daşqın Məlikovun istefa bəyanatına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, partiyaya onunla bağlı heç bir məlumat daxil olmayıb.

Xatırladaq ki, AXCP Gənclər Təşkilatının həbsdə olan üzvü Daşqın Məlikov partiya rəhbərliyinə ərizə yazıb, Mətbuat Şurasına yazılı şəkildə müraciət edərək hazırda ölkədə gedən inkişafı gördüyünü, prezident İlham Əliyevin siyasətini dəstəklədiyini, bəyəndiyini, 9 oktyabr prezident seçkisində hazırkı prezidentə səs verəcəyini vurğulayıb. O, eyni zamanda bir sıra məhbusların "Azadlıq" qəzetində dərc olunan fotoşəkilləri arasından öz fotosunun çıxarılmasını istəyib.

Bahar Rüstəmli
AzNews.az