Əli Kərimli: “Növbəti istefalar istisna edilmir“

"Hətta elə səhvlər olsaydı da, buna görə partiyadan və Milli Şuradan istefa verməyi doğru bilmirəm"


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, müavini Asəf Quliyevin istefasını "böyük təəssüf hissi" ilə qarşılayıb. Əli Kərimli BBC-Azərbaycana bildirib ki, müavinindən belə addım gözləmirmiş.

AXCP sədrinin müavini, Demokratik Qüvvələrin Milli Şurasının Mitinq Komitəsinin sədri Asəf Quliyev dünən hər iki qurumdan istefa verməsi barədə bəyanat yayıb və bunu "Milli Şuranın fəaliyyətində nöqsanlarla" izah edib. Əli Kərimli isə "hələ də ümid edir ki", bu addım Asəf Quliyevin son qərarı olmaya bilər.

Növbəti istefaların olacağına gəldirkdə Ə. Kərimli deyib: "Təbii ki, mən onun yanaşmasını bölüşmürəm və deyilənləri əsaslı hesab etmirəm. Hətta elə səhvlər olsaydı da, buna görə partiyadan və Milli Şuradan istefa verməyi doğru bilmirəm", o, Asəf Quliyevin Milli Şuranın işində olan səhvlər barədə dediklərini şərh edərkən bildirib.
O, növbəti istefalar gözləməsə də, istisna da etmədiyini deyib.

Asəf Quliyev hesab edir ki, "Milli Şuranın fəaliyyətində nöqsanlara yer verilməsi, daxilli ziddiyyətlər, qurumun Rusiyanın layihəsi adlandıranların, əleyhinə təbliğat aparanların Şuranın işində önə çəkilməsi" onda narahatlıq yaradıb.

"Düşünürəm ki, 20 ildən artıq seçki məğlubiyyəti və uğursuzluğunu cəmiyyət bizə bağişlamayacaq. Mübarizənin səmimiliyinə inanıb, hər zaman doğrunun yanında oldum.... Şübhəsiz ki, yenə də bu yolda olacam. Yuxarıda deyilənləri nəzərə alıb, Milli Şuradan və AXCP-dən istefa verdim" deyə Asəf Quliyev bəyanatında yazıb.

AzNews.az