“İndiyədək problem müşahidə olunmayıb” “İndiyədək problem müşahidə olunmayıb”

Cəmil Həsənlinin nümayəndəsi seçki prosesindən razıdır

“İndiyədək problem müşahidə olunmayıb”



İndoneziyadan olan beynəlxalq müşahidəçilər Menera Artaul və İnkiriband Robert İmmanuel bu gün saat 9:30 radələrindən başlayaraq 31 saylı Xətai III Seçki Dairəsinin 21 saylı Seçki Məntəqəsində müşahidə aparır.

Menera Artaul və İnkiriband Robert İmmanuel APA-ya bildiriblər ki, seçki normal, şəffaf şəraitdə keçir, hər hansı pozuntu halı yoxdur, müşahidəçilərə seçkini müşahidə etmək üçün normal şərait yaradılıb.

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin məşvərətçi səs hüquqlu nümayəndəsi Dilarə Babayeva da indiyə qədər seçki prosesində problem müşahidə olunmadığını söyləyib.

Məntəqə Seçki Komissiyasının sədri Sevda Məhərrəmova da seçici fəallığının yüksək olduğunu, 1,5 saat ərzində 135 nəfərin səs verdiyini bildirib. O, müşahidəçilərin seçki prosesini müşahidə etməsi üçün şərait yaradıldığını qeyd edib.

AzNews.az