“Əflan Kukla Teatrının kuklasıdır”– Eldəniz Quliyev

"El" Hərəkatı partiyaya çevrilib".


Bu barədə özünü hərəkatın sədri elan edən Əflan İbrahimov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Ə.İbrahimov "El" Hərəkatının öz missiyasını sona çatdırdığını və bundan sonra "El" Hərəkatı Partiyası adı altında fəaliyyət göstərəcəklərini vurğulayıb.

Ə.İbrahimovun iddiasına Eldar Namazovun rəhbərlik etdiyi "El"dən cavab gecikməyib. "El" Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev AzNews.az-a açıqlamasında Əflan İbrahimovun yaratdığı partiyanı Kukla Teatrına bənzədib: "Əflan Kukla Teatrının kuklasıdır, onun gücü və bacarığı olsa-olsa uşaqları güldürməyə çatar. Onun kimilər bircə dəfə istifadəyə yararlı olurlar. Onun yaratdığı partiya ürək bulandırmaqdan savayı heç bir əhəmiyyət daşımır. Yazıqlar Azərbaycan cəmiyyətinə ki, zaman-zaman bu cür viruslara tuş gəlir".

Bahar Rüstəmli
AzNews.az