- Köhnə - Siyasət
- 22 Oktyabr 2013 11:55
- 2 428
“Müxalif liderləri partiyanı şirkəti kimi özəlləşdirib“
S.Əlisoy hesab edir ki, Azərbaycanda müxalifət düşərgəsində istənilən seçkidən sonra heç bir ciddi istefa olmayıb: "Mən bunu sadəcə olaraq istefa oyunu adlandırıram. Kimlərsə adını gündəmə salmaq üçün "mən istefa verirəm" və digər bu kimi söhbətlər meydana çıxarır".
S.Əlisoyun fikrincə, hər hansı ciddi istefanı gözləmək əbəsdir: "İstefa bir dəfə olar. Amma sadəcə Azərbaycanda istefa mədəniyyəti formalaşmayıb. Söhbət tək seçkidən getmir, ümumiyyətlə istefa bizə yad amildir".
Müsavat Partiyası başqanının müşaviri mətbuatda İctimai Palatanın buraxılması barədə yayılan məlumatlara da münasibət bildirib: "Mənim anlamımda Milli Şura söhbəti ortaya çıxandan sonra İctimai Palata ləğv olunub, İctimai Palata artıq yoxdur".
AzNews.az