İctimai Palatada ciddi fikir ayrılığı yaranıb - Açıqlama

"İctimai Palatanın buraxılması müzakirə mövzusu ola bilməz".

Bunu AzNews.az-a İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü, "El" hərəkatının sədr müavini Zəfər Quliyev deyib.

O, əminliyini bildirib ki, İctimai Palata fəaliyyətini davam etdirəcək. "Artıq prezident seçkisi prosesi başa çatıb. İctimai Palata seçki prosesi dövründə iclası keçirilməyib. Biz də qərara aldıq ki, seçkidən sonra İctimai Palatanın Koordinasiya Şurasının növbəti toplantısını keçirək və bu və ya digər məsələləri müzakirə edək. Düşünürəm ki, ölkədə və müxalifətdə cərəyan edən proseslərin müzakirəsinə ehtiyac var".

Z. Quliyev oktyabrın 23-ə İP-nin KŞ-nın toplantısının keçiriləcəyini də qeyd edib.

Xatırladaq ki, İP KŞ-nın və bu qurumda təmsil olunan partiyaların bəzi funksionerləri adıçəkilən təşkilatın fəaliyyətini dayandırması və öz missiyasını Milli Şuraya verməsinə dair açıqlamalar veriblər.


Bahar Rüstəmli
AzNews.az