İctimai Palata buraxılır – Qərar (EKSKLÜZİV)

İctimai Palatanın (İP) fəaliyyətinin dayandırlamasına dair qərar yaxın günlərdə elan olunacaq.

İP Koordinasiya Şurasındakı (KŞ) mənbənin AzNews.az-a verdiyi məlumata görə, bununla bağlı ilkin razılaşma ötən iclas dövründə əldə olunub. İP KŞ-nın üzvləri də bu məsələyə ciddi etiraz etməyiblər.

Lakin belə bir şərt irəli sürülüb ki, İP-in fəaliyyətinə xitam verilməzdən öncə Demokratik Qüvvələrin Milli Şurasının statusu, gələcək fəaliyyət istiqamətləri və strukturuna tam aydınlıq gətirilsin.

Məlumatda o da bildirilib ki, İP-də təmsil olunan iri partiya sədrləri Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, AXP sədri Pənah Hüseyn və vətəndaş cəmiyyəti qurumlarını təmsil edən şəxslər də bu təkliflə razılaşıblar:

"Milli Şuranın fəaliyyəti ilə bağlı bütün məqamlar müzakirə olunaraq, qəbul edildikdən sonra, İctimai Palatanın fəaliyyətinə xitam verilməsi məsələsi tam şəkildə reallaşdırıla biləcək. Koordinasiya Şurasının növbəti iclasında bu məsələ müzakirə olunacaq".

Elnur
AzNews.az