Rəsul Quliyev Gültəkin Hacıbəyli ilə Mustafa Hacıbəylini üz-üzə qoydu

"Mustafa Hacıbəylinin mənim adımdan APA-ya Rəsul Quliyevlə bağlı fikir bildirdiyini oxudum. Guya mən Rəsul Quliyevin Milli Şuraya yaraşan adam olmadığını demişəm. Rəsul Quliyevin Milli Şura ilə bağlı mövqeyinə, xüsusilə də, Milli Şuranı və onun liderlərini təhqir etməsinə münasibətim çox pisdir. Mən Milli Şurada üzvlüklə bu fəaliyyəti bir araya sığdırmıram. Ancaq mənim səsləndirmədiyim fikirləri mənim adımdan kiminsə paylaşmasını da qəbul edə bilmərəm". Bunu Milli Şuranın üzvü Gültəkin Hacibəyli bildirib. G.Hacıbəylinin sözlərinə görə, öz mövqeyini özü ifadə etmək qabiliyyətindədir: "Mənim əvəzimdən kimsənin bu əziyyətə qatlaşmasını istəmirəm".
Elnur
AzNews.az