- Köhnə - Siyasət
- 3 Dekabr 2013 13:18
- 1 736
Tatarıstanlı nazir Azərbaycanda səfərdədir
AzNews.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Tatarıstan Baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Fəxri Xiyabanda Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edib.
Sonra Şəhidlər Xiyabanına ölkənin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.
AzNews.az