Millət vəkili kubalı səfirlə görüşdü

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Omar Medina Qvintero ilə görüşüb.

Partiyanın mətbuat xidmətindən daxil olan məlumata görə, görüşdə Azərbaycan-Kuba münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Səfir Asim Mollazadəyə Kubadakı ictimai-siyasi vəziyyət, orada aparılan islahatlar barədə məlumat verib.

O, Kuba-Azərbaycan münasibətlərinin inkişaf istiqamətləri, təhsil, enerji sahəsində əməkdaşlıq imkanlarından söhbət açıb. Asim Mollazadə də öz növbəsində Qvinteroya Demokratik İslahatlar Partiyasının fəaliyyəti barədə ətraflı məlumat verib.

AzNews.az