“İbrahimbəyova görə Müsavatı günahlandırmaq...” – Vurğun Əyyub


"Fikrimcə, Rüstəm İbrahimbəyov öz vəziyyətini düzgün qiymətləndirərək, bu addımı atıb. Bu addıma görə, Müsavatı günahlandırmaq absurddur".


Bunu AzNews.az-a Müsavat partiyasının divan üzvü Vurğun Əyyub deyib.

Onun fikrincə, Müsavat partiyası Milli Şuranın yaranmasında, sonrakı fəaliyyətində də kifayət qədər fəal olub, bu gün də onun gələcək fəaliyyətinin düzgün qurulması üçün gərəkli bildiyi addımları atır: "Obyektiv araşdırıcılar Müsavatın bu fəaliyyətini araşdırıb, kimin hansı yol tutduğuna, kimin fəaliyyətinin Milli Şuranın və millətin maraqlarına uyğun olduğu barədə qənaətlərini cəmiyyətlə bölüşə bilərlər".

Xatırladaq ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı mətbuata açıqlamasında Milli Şuranın fəxri sədri R.İbrahimbəyovun istefasında Müsavat Partiyasının rolu olduğunu vurğulayıb.

Bahar Rüstəmli
AzNews.az