“Müsavat Partiyası ona müttəfiq olan siyasi təşkilatlarla görüşlər keçirir” “Müsavat Partiyası ona müttəfiq olan siyasi təşkilatlarla görüşlər keçirir”

“Hansısa blokun təsis olunmasına dair müzakirələr yoxdur”- Arif Hacılı

“Müsavat Partiyası ona müttəfiq olan siyasi təşkilatlarla görüşlər keçirir”




Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. A.Hacılı bildirib ki, hər həftə keçirilən bu görüşlərdə cari məsələlər müzakirə olunur. Ancaq konkret bu partiyalarla hansısa hədəfləri qarşısına qoymuş blokun yaradılması haqqında müzakirələr getmir.

O, Xalq və Milli Demokrat partiyaları ilə Müsavat Partiyası arasında ittifaqa yönəlik müzakirələrin getməsi haqda yayılan məlumatlara da aydınlıq gətirib:

"Müsavat həmin partiyalarla müttəfiqlik münasibətlərini saxlayır. Digər siyasi təşkilatlarla da Müsavatın yaxşı münasibətləri mövcuddur. Lakin bu partiyalarla da hansısa blokun təsis olunmasına dair müzakirələr yoxdur".

Qeyd olunan görüşlərdə iştirak edən partiyaların adlarını açıqlamaq istəməyən A. Hacılı deyib ki, bu partiyalarla yalnız bəzi fəaliyyət istiqamətlərini uzlaşdırmağa çalışılır. Onun sözlərinə görə, Müsavat davamlı məsləhətləşmələrə üstünlük vermək niyyətindədir.

Məhəmməd
AzNews.az