Bu onun ölkəmizə ilk rəsmi gəlişi olacaq Bu onun ölkəmizə ilk rəsmi gəlişi olacaq

Georgi Marqvelaşvili Azərbaycana gəlir

Bu onun ölkəmizə ilk rəsmi gəlişi olacaq




Gürcüstan prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi səfərə gələcək.

Bu barədə AzNews.az-a Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Qənirə Paşayeva məlumat verib.



Q. Paşayevanın sözlərinə görə, səfər fevralın 12-də reallaşacaq və bu, Gürcüstanın yeni prezidentinin Azərbaycana ilk rəsmi gəlişi olacaq.

G. Marqvelaşvili səfər zamanı Azərbaycanın dövlət və hökumət rəhbərləri ilə görüşəcək. Gürcüstan prezidentinin parlamentdə də görüşü nəzərdə tutulub.

Xatırladaq ki, Georgi Marqvelaşvili 2013-cü ilin oktyabrın 27-də keçirilən seçkilərdə Gürcüstan Prezidenti seçilib.

Amid
AzNews.az