“Seçki ilə bağlı müzakirə planlaşdırılmayıb”– Açıqlama

"Avropa Parlamentində Azərbaycanda 2013-cü ildə keçirilimiş prezident seçkiləri ilə bağlı müzakirələr planlaşdırlmır. Avropa Parlamentinin seçkilrələ bağlı müşahidə missiyası işini bitirb".

Bu sözləri Brüsseldə olan Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini, Avronestin Enerji Komitəsinin sədri Fuad Muradov Avropa Parlamentinin ölkəmizdəki seçkilərlə bağlı loyal mövqeyinə görə öz deputatlarını cəzalandırması barədə yayılan məlumatı şərh edərkən bildirib.

Deputatın sözlərinə görə, Avropa Parlamentində prezident seçkilərini müşahidə üçün rəsmi olaraq göndərlimiş deputatlarla bağlı hər hansı töhmət və cəza verilməsi faktı olmayıb. "Məlumatda adları çəkilən Avropa parlamentinin deputatları ilə bağlı heç bir müzakirə planlaşdırılımır və belə bir müzakirə olmayıb." –deyə F.Muradov vurğulayıb.

Deputat qeyd edib ki, hətta əgər hər hansı bir müzakirə olsa belə bu Avropa Parlamenti tərəfindən Azərbyacanda keçirlmiş seçkiləri müşahidə etmək üçün göndərlimiş rəsmi göndərilən Avropa parlamentinin müşahidəçilərinə aid edilə bilməz.

"Hətta belə məsələ müzakirə olunsa belə bunun Azərbaycana heç bir aidiyyəti yoxdur. Məşvərət Komitəsi ancaq Avropa Parlamenti üzvü olan deputatların öz fəaliyyəti ilə bağlı araşdırma apara bilər".

Belə məlumatların yayılamsında xüsusi qrupların əli olduğunu deyən F. Muradov qeyd edib ki, Azərbaycanın müstəqil siyasəti bəzi dairələri qane etmir.

"Azərbaycan dövləti bu gün müstəqil siyasət yeridir. Bəzi dairələr isə bununla barışa bilmirlər. Nəticədə belə yalançı məlumatlar dövriyəyyə buraxılır".

Qeyd edək ki, Azərbaycanda bir sıra KİV-lər Avropa nəşrlərinə istinadən Avropa Parlamentinin Azərbaycanda 9 oktyabr prezident seçkilərini müşahidə edən 7 deputatı seçkilərin nəticələrinə dair loyal mövqe nümayişinə görə cəzalandırması barədə məlumat yayılıb.

AzNews.az