“Milli Şuraya qayıtmaq fikrim yoxdur” – Asəf Quliyev

"Mən yenidən Milli Şuraya qayıtmaq haqqında qətiyyən düşünmürəm. Və mən belə bir açıqlama da verməmişəm. Bizim hər hansı bir blok ətrafında birləşmək fikrimiz yoxdur".


Bunu AzNews.az-a "Xalq Arzusu" Hərəkatının təşəbbüskarı Asəf Quliyev deyib. O, bildirib ki, "Xalq arzusu" hərəkatı siyasi partiya deyil:

"Bizim partiya yaratmaq fikrimiz yoxdur. İndiki halda Milli Şuranın dağılması yaxşı effekt verməz. Hər halda Milli Şura müxalifətin müəyyən bir qismini ətrafında birləşdirib. Ola bilsin ki, 2015-ci il parlament seçkilərində Milli Şura ətrafında müəyyən partiyalar birləşsin. Biz isə həmin birləşməyə yalnız dəstək verməyə hazırıq".

Xatırladaq ki, Asəf Quliyevin yenidən Milli Şuraya birləşmək istəməsi barədə açıqlama ilə çıxış etməsi barədə bəzi mətbuat orqanlarında məlumatlar yayılıb.

Bahar Rüstəmli
AzNews.az