«Azərbaycan ərazilərinin işğaldan azad edilməsi bizim xarici siyasətimizin əsas istiqaməti olaraq qalır» «Azərbaycan ərazilərinin işğaldan azad edilməsi bizim xarici siyasətimizin əsas istiqaməti olaraq qalır»

Əhməd Davudoğlu Ermənistanı tənqid etdi

«Azərbaycan ərazilərinin işğaldan azad edilməsi bizim xarici siyasətimizin əsas istiqaməti olaraq qalır»



Avqustun 23-də Bişkekdə keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) zirvə görüşü çərçivəsində Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu qeyri-konstruktiv mövqeyi kəskin tənqid edib.

Ə. Davudoğlu bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sabitliyin saxlanmasını əngəlləyən maneədir: "Dağlıq Qarabağ və işğal altında olan digər Azərbaycan ərazilərinin azad edilməsi bizim xarici siyasətimizin əsas istiqaməti olaraq qalır, bundan sonra da bu istiqamətdə fəaliyyət göstərəcəyik. Biz Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi və azərbaycanlı qardaşlarımızın zorla öz evlərindən didərgin salınmasına qəti etirazımızı bildiririk. Münaqişənin sülh yolu ilə həll olunması üçün 20 ildən bəri davam edən danışıqların nəticəsiz qalması bizi ciddi narahat edir. Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməyincə, Cənubi Qafqazda və Orta Asiyada sülh, sabitlik və əmin-amanlığa nail olmaq çətin olacaq".

Ə. Davudoğlu qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və Türkiyə bu istiqamətdə öz səylərini davam etdirəcək.

AzNews.az