“Əbülfəz Elçibəyin zəhərlənməsi iddiası ilə bağlı yalnız hüquqi yanaşma olmalıdır" “Əbülfəz Elçibəyin zəhərlənməsi iddiası ilə bağlı yalnız hüquqi yanaşma olmalıdır"

Siyavuş Novruzov: “Elçibəy xəstəxanada olanda 150 min dolları oğurlanmışdı”

“Əbülfəz Elçibəyin zəhərlənməsi iddiası ilə bağlı yalnız hüquqi yanaşma olmalıdır"


Hüquqi yanaşma da ondan ibarətdir ki, Respublika Prokurorluğuna müraciət olunubsa, bu müraciət araşdırılmalıdır. Lakin Xalq Cəbhəsi Partiyasının üzvləri, yaxud başqaları bu məsələ ilə bağlı "qarğa, məndə qoz var" məsəlində olduğu kimi, çox canfəşanlıq edirlər. Əslində bu, bütün dünya praktikasında mövcud olmuş bir şeydir, yəni, yeni deyil. Bu yaxınlarda Türkiyədə Turqut Özalın zəhərlənməsi iddiası da var idi və müvafiq müraciətlər əsasında araşdırmalar aparıldı. Elçibəy haqqında müraciət də daxil olubsa, araşdırılmalıdır".

Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. O, Respublika Prokurorluğuna müraciət etmiş Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin "qeyri-ciddi adam" olması barədə deyilənlərə də münasibət bildirib: "Mənə maraqlı gələn odur ki, bunlar müraciət edən şəxsin kimliyi, Hafiz Hacıyevin qeyri-ciddi adam olması barədə danışmağa başlayıblar. Bəs nə tez yadlarından çıxıb ki, Əbülfəz Elçibəy hakimiyyətə gələndə ən böyük nazirliyi Hafiz Hacıyevə tapşırmışdı, onu Dövlət Balıq Konserninin rəhbəri təyin etmişdi. Özü də Hafiz Hacıyev İsa Qəmbərin yaxın dostu idi, çox yaxın münasibətləri vardı. Əgər qeyri-ciddi adam idisə, AXC hakimiyyəti onu niyə nazir təyin etmişdi? Ona görə də əvvəlcə keçmişə nəzər salmaq, sonra danışmaq lazımdır. Özü də Hafiz Hacıyev müsahibələrində qeyd etdiyi kimi, vaxtilə bunları maddi cəhətdən təmin edən adam olub. İndi həmin adamdı də deyir ki, Əbülfəz Elçibəy zəhərlənib. Elçibəy xəstə olan vaxt başqa məsələlər də gündəmdəydi. Məsələn, Elçibəy Türkiyədə xəstəxanada olanda ondan 150 min dollar oğurlanmışdı. Bu hadisə Əli Kərimlinin Türkiyəyə səfərindən sonra ortaya çıxdı. İndi kimlərsə ortaya düşüb, biri özünü ziyalı, biri başqa cür adlandırır, deyir, belə deyil. Amma bu, hüquqi məsələdir".

S. Novruzov guya hakimiyyət tərəfindən AXCP sədri Əli Kərimlinin 2013-cü ildə prezidentliyə namizədliyinə əngəl yaradılması barədə iddialara da cavab verib: "Bu gün Azərbaycanda prezident İlham Əliyevə 2013-cü ildə alternativ ola biləcək şəxs yoxdur. O ki, ola Əli Kərimli rəqib olsun... O, bir dairədən deputat seçilə bilmir, prezident seçiləcək?! Bu, lağlağı söhbətdir. Axı Əli Kərimlini kim dəstəkləyəcək? Partiya yox, heç bir resursu yox... Onun partiyası sürücüsü və cangüdənlərindən ibarətdir. Hazırda Əli Kərimlinin partiyasında normal insana rast gəlmək olmur, hamı dağılışıb getdi. Vaxtilə mövcud olan Xalq Cəbhəsi Partiyasından indi yeddi partiya yaranıb. Partiyadan adamların dağılışmağının da ən əsas səbəbkarı Əli Kərimli olub, çünki xəyanətin əsasını o qoyub".

AzNews.az