Suriya məsələsində həm Ərdoğan, həm də Davutoğlu aldanıb Suriya məsələsində həm Ərdoğan, həm də Davutoğlu aldanıb

Obama Erdoğanı aldatdı

Suriya məsələsində həm Ərdoğan, həm də Davutoğlu aldanıb



Amerikalı tarixçi Vebster Tarpley dünya gündəmini dəyişən açıqlama ilə çıxış edib. AzNews.az-ın ensonhaber.com saytına istinadən verdiyi xəbərə görə, amerikalı tarixçi Tarpley bildirib ki, Obama baş nazir Tayyip Ərdoğanı Suriya məsələsinə daxil etməklə onu aldadıb. Tarpley İran televizyası Press tv-yə açıqlamasında bildirib ki, " Türkiyə təmsilçiləri bilməlidirlər ki, ABŞ və İngiltərə ilə ittifaq ölümlə rəqs etməkdir".

O, həmçinin əlavə edib ki, rəsmi Ankara suriyalı müxaliflərə yardım etməklə öz milli maraqlarına zərbə vurur və Türkiyənin bu prosesdən qazana biləcəyi bir şey yoxdur. " Suriyaya qarşı Türkiyəni qabağa verəcəklər. Türkiyənin isə qazana biləcəyi bir şey yoxdur, itirə biləcəkləri isə çoxdur. Ərdoğan və Davutoğlu aldadıldılar".
Qeyd edək ki, Tarpley 11 sentyabr terror aktının CİA tərəfindən törədildiyini iddia edən və bu cür açıqlamaları ilə məşhur olan bir tarixçidir.

Sadiq
AzNews.az