Tacikistanın Azərbaycandakı səfiri xəstəxanaya yerləşdirilib Tacikistanın Azərbaycandakı səfiri xəstəxanaya yerləşdirilib

Səfir insult keçirdi

Tacikistanın Azərbaycandakı səfiri xəstəxanaya yerləşdirilib



Tacikistanın Azərbaycandakı səfiri Zokir Vazirov ağır vəziyyətdə Bakıdakı Mərkəzi Klinik Xəstəxanaya çatdırılıb. APA-nın xəbərinə görə, insult keçirən səfirin vəziyyəti sabit-ağırdır.

Mərkəzi Klinik Xəstəxanadan APA-ya səfirin reanimasiya şöbəsinə yerləşdirildiyi, vəziyyətinin orta-ağır olduğu deyilib. "Onun nəfəs almasına problem var. Vəziyyəti stabilləşəndən sonra palataya keçiriləcək", - deyə xəstəxanadan bildirilib. Hazırda səfirin səlahiyyətlərini səfirliyin müşaviri Zoxir Saidov yerinə yetirir.

AzNews.az