“Nurçulara bir zərbə də Əliyevdən” – Türkiyə mətbuatı

Türkiyə mətbuatı dünən ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana baş tutan birgünlük səfərinə geniş yer verib.

"Qafqazinfo" xəbər verir ki, Türkiyə mediası ölkədə baş tutan bələdiyyə seçkilərində hakim partiyanın qələbəsindən sonra ilk səfərini Azərbaycana planlaşdıran Ərdoğanın prezident İlham Əliyevlə Gülən məktəbləri ilə bağlı müzakirə apardığını yazıb. Yerli mediada yer alan iddialara görə Ərdoğan İlham Əliyevdən bu məktəblərlə bağlı ölçü götürməsini xahiş edib.

Xatırladaq ki, Al Jazeera müxbiri prezident İlham Əliyevə camaat məktəblərinin bağlanıb-bağlanmayacağı ilə bağlı sual ünvanlayıb. Əksər Türkiyə mətbuatı isə prezidentin "Türkiyəyə zərər verəcək hər hansı addımı qəbul etməyəcəyik" cavabını "İlham Əliyev camaat məktəblərini bağlamaq siqnalını verdi" kimi şərh edib və dünən ölkə mediasının manşetlərində başlığa çıxarılıb.

Azərbaycanda camaata aid 20-dən çox məktəb və kursların olduğunu vurğulayan media vurğulayıb ki, Ərdoğanın camaat məktəbləri bağlı prezident İlham Əliyevdən ölçü götürülməsini xahiş edib, Azərbaycan tərəfi isə bu məktəblərlə bağlı bəzi işlər aparıldığını bildirib.

AzNews.az