AzNews.az xəbər verir ki, Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinə münasibət bildirib. O, "Twitter" səhifəsində bunları qeyd edib: "Baş nazir Ərdoğanın səfəri Azərbaycan-Türkiyə dostluğunun, tərəfdaşlığının və qardaşlığının ən yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi".
Xatırladaq ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan dünən ölkəmizdə bir günlük işgüzar səfərdə olub.
AzNews.az