- Köhnə - Siyasət
- 13 Aprel 2014 19:22
- 4 376
Türkdilli Ölkələrin Parlament Assambleyası toplanır
Toplantı Qırğızıstanın paytaxtı Bişkekdə baş tutacaq. İclasda Azərbaycan nümayəndə heyəti təmsil olunacaq.
İclasda "türkdilli ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti" və "Türk dili günü" ilə bağlı mövzular müzakirə olunacaq. Komissiyanın 4-cü toplantısının yeri, tarixi, gündəliyi də müəyyən ediləcək.
TÜRKPA-nın 5-ci plenar sessiyası iyun ayında Azərbaycanda keçiriləcək. (azadliq.org)
