Milli Məclisdə müzakirə olunacaq MƏSƏLƏLƏR

Milli Məclis aprelin 18-də növbəti plenar iclasını keçirir. İclasın gündəliyinə 8 məsələ daxildir. Həmin məsələlər aşağıdakılardır:

1. Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında

2. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

5. "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

6. "Dəniz limanları haqqında" Azərbaycan Respublikası qanununun layihəsi haqqında.(ikinci oxunuş)

7. "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi haqqında.(ikinci oxunuş).

AzNews.az