“Ermənistan Azərbaycana təzyiq edə bilməz” “Ermənistan Azərbaycana təzyiq edə bilməz”

Aydın Mirzəzadə: “Ermənistanın həyəcanı əhəmiyyətsizdir”

“Ermənistan Azərbaycana təzyiq edə bilməz”


Bu AzNews.az-a millət vəkili Aydın Mirzəzadə Ramil Səfərovun azadlığa buraxılmasından sonra Ermənistanın tərəfinin atdığı addımları şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi heç bir qanun pozuntusu etməyib: "Azərbaycan öz suveren hüququndan istifadə edərək, Ramil Səfərovu azadlığa buraxdı.

Burada heç bir qanun pozuntusundan söhbət gedə bilməz. Ermənistan Təhlükəsizlik Şurası bir hərbiçiyə görə təcili toplanırsa, erməni ordusu döyüş hazırlığına gətirilirsə, deməli, bu ölkə çox narahatdır. Bunlara əhəmiyyət vermək lazım deyil. Yadınızdadırsa, zabitimizin Macarıstandakı məhkəməsində xeyli sayda qanun pozuntusu olmuşdu. Bunların hamısını ermənilər təşkil etmişdi".

Millət vəkili vurğulayıb ki, Ermənistanın atdığı hər bir addım uğursuzluqla nəticələnəcək: "Ermənilər istədikləri addımı ata bilərlər, müharibə anonsu da verə bilərlər. Nəzərə almaq lazımdır ki, Ermənistan Azərbaycandan xeyli zəifdir, ordu texnikası köhnədir. Deməli, ermənilər sözdə özlərini qüdrətli göstərməyə çalışırlar".

İlkin
AzNews.az