“Şəffaflıq Azərbaycan”dan Əli Hüseynlinin fikirlərinə REAKSİYA

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında "Transparency İnternational" təşkilatının Azərbaycandakı milli bölməsi olan "Şəffaflıq Azərbaycan" İctimai Birliyinin boykot edilməsi təklif olunub. Təklifi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli irəli sürüb.

O, vurğulayıb ki, "Şəffaflıq Azərbaycan" təşkilatının dərc etdiyi hesabat layihəsində parlamentə adi olan hissədə yalan, əsassız və böhtan dolu materiallar əksini tapıb. "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin İcraçı Direktoru Rəna Səfərəliyeva bildirib ki, Əli Hüseynlinin bu gün Milli Məclisdə səsləndirdiyi fikirə heç bir şərh vermək istəmir. Onun sözlərinə görə, təmsil etdiyi təşkilat "Azadlıq" radiosunda səslənəndirdiyi hesabat ilkin variant olub: "Biz radio vasitəsi ilə hesabatın ictimai müzakirəsini təşkil etmişik. Amma hesabat tam deyil. Əgər hesabatda hər hansısa məlumat düzgün deyilsə və ya çatışmazlıq varsa, biz Milli Məclisin rəyini nəzərə almağa hazırıq".

Amid Əyyuboğlu
AzNews.az