- Köhnə - Siyasət
- 6 May 2014 10:36
- 1 819
Üç ölkənin prezidentləri görüşür- Tiflisdə
![](https://www.aznews.az/storage/photos/6aaa2b2d5b2dbb15ad884180a5bcaa61tifli.jpg)
APA-nın Gürcüstana ezam olunmuş müxbiri xəbər verir ki, "2014 Tiflis sammiti" adlı təbdir Gürcüstan parlamentinin Milli Kitabxanasında keçirilir.
Sammitə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdulla Gül və Gürcüstan prezidenti Georgi Marqvelaşvili qatılıb.
Sammitdə son 20 ildə iqtisadi, ticarət, nəqliyyat və enerji sahəsində əməkdaşlığın nəticələri nəzərdən keçirilir, cari və planlaşdırılmış gələcək layihələr müzakirə edilir.
Xatırladaq ki, "2014 Tiflis sammiti" Georgi Margvelashvilinin Azərbaycan və Türkiyəyə səfərləri zamanı planlaşdırılıb.
AzNews.az