Cəmil Həsənli Milli Şuraya üzvlükdən danışdı

"Milli Şuraya üzvlük üçün müraciət edənlərin ərizələrinə Koordinasiya Şurasında yenidən baxılacaq".

Bunu AzNews.az-a açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli deyib. O bildirib ki, bu müraciətlər Koordinasiya Şurasında müzakirə edildikdən sonra Milli Şuranın növbəti sessiyasında təkrar gündəliyə çıxarılacaq: "Sonuncu sessiyada üzvlərin müraciətləri gündəliyə salındı. Lakin Klassik Xalq Cəbhəsi Partiyasının təklifi ilə bu məsələ gündəlikdən çıxarıldı. Amma qarşıdakı günlərdə bu məsələyə yenidən qayıdılacaq".

Xatırladaq ki, Milli Şuraya üzvülük üçün müraciət edənlər arasında Vahid Məhərrəmov, Məhəmməd Talıblı, Fəxrəddin Mehdiyev, Yeganə Hacıyeva, İsa Sadıqov, Malik Rzayev, Yalçın Qəhrəmanlı və Qənimət Zahidin adları çəkilir.

Bahar Rüstəmli
AzNews.az