Mustafa Cemilev Krıma getməkdən imtina etdi

Mustafa Cemilev Krım tatarlarının deportasiyanın ildönümü ilə bağlı Krıma getməkdən imtina edib.


APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bunu Krım tatarlarının lideri regional Məclislərin növbədənkənar iclasında bəyan edib.

Krıma buraxılacağına şübhə ilə yanaşan M.Cemilev qeyd edib ki, yerli icma onu qarşılamağa cəhd etsə, bu, münaqişəyə gətirib çıxara bilər. Buna yol verməmək üçün M.Cemilev mayın 18-də Krıma getməyəcək.

Xatırladaq ki, Krım hökuməti Krım tatarlarının deportasiyanın ildönümü ilə bağlı keçriləcək mitinqə imkan verməyib və bununla bağlı xüsusi sərəncam imzalaylb.