Cənubi Qafqaz və Ukraynadakı vəziyyət müzakirə olunub

APA-nın Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə Türkiyə xarici işlər nazirinin I müavini Firuddin Sinirlioğlu Avrasiya regionunda əməkdaşlıq perspektivlərini, habelə Ukraynadakı böhranı, Cənubi Qafqaz və Mərkəzi Asiyadakı vəziyyəti müzakirə ediblər.

Tərəflər həmçinin Rusiya ilə Türkiyənin regional və beynəlxalq məsələlərlə bağlı dialoqunun yüksək dinamikasını qeyd ediblər.