YAP-dan prezidentin əfv fərmanı ilə bağlı - Açıqlama

Prezidentin bu gün imzaladığı əfv fərmanı ilə bağlı bir neçə hüquq müdafiəçiləri narazılıqlarını bildiriblər. Onlar bir sıra şəxslərin bu siyahıya salınmamasının vacibliyini bildiriblər.

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə AzNews.az-a açıqlamasında deyib ki, bu narazılıqların heç bir əsası yoxdur. O, prezidentin tərəfindən imzalanan heç bir sənədin şərh olunmadığını deyib və əlavə edib ki, bugünkü əfv sərəncamı da ölkə başçısının növbəti humanist addımlarından biridir: "Prezidentin əfv sərəncamını bəyənməyən adamlar, deməli, o adamların azadlığa çıxmağın da bəyənmirlər".

Qeyd edək ki, prezident İlham Əliyev bu gün əfv sərəncamı imzalayıb. Sərəncama əsasən 171 nəfər məhkum azadlığa buraxılıb.

Amid
AzNews.az