- Köhnə - Siyasət
- 15 Avqust 2014 15:40
- 2 172
Fransa milliyətçiləri Qarabağa görə narahatdır
Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, avqustun 10-da Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında Soçidə baş tutan görüşün ardınca o, Fransanın xarici işlər nazirinə sorğu göndərib.
Jan-Fransua Mancel L. Fobiusa bir daha xatırladıb ki, Fransa Rusiya və ABŞ-la birgə Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir.
"Mən ona sual verdim ki, Fransa hökumətinin bu məsələ ilə bağlı fikri nədir və münaqişənin prezident Əliyevin qeyd etdiyi kimi, "beynəlxalq qaydalara və ədalətə əsaslanaraq sülh və danışıqlar yolu ilə" həllinin sürətləndirilməsi üçün hansı addımların atılması planlaşdırılır?" deyə, - fransalı parlamentari vurğulayıb.
Qeyd edək ki, Jan-Fransua Mancel Fransa Milli Assambleyasında Fransa-Azərbaycan Dostluq qrupunun üzvü, həmçinin, yeni yaradılmış Azərbaycanın Dostları Cəmiyyətinin prezidentidir.
AzNews.az