“ABŞ ştatının “DQR“-i tanımasının heç bir hüquqi əsası yoxdur“

"Əgər ABŞ-ın 44 ştatı "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini tanısa belə, bunun heç bir hüquqi əsası yoxdur və və heç nə dəyişməyəcək".


ANS PRESS-in məlumatına görə, bu sözləri mətbuat konfransında Qafqaz İnstitutunun direktoru politoloq Aleksandr İskandaryan ifadə edib.

"Avqustun 27-də "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınması haqqında Kaliforniya ştatının Senatının qərarını qiymətləndirmək lazım deyil, onda heç bir hüquq güc yoxdur", - deyə İskandaryan bildirib.

Ekspertin fikrincə, hüquqi qiymət bu tanınmaya malik ola bilmir, çünki ABŞ konstitusiyasına görə tanınmamış bölgələrin bir dövlət kimi gəbul edilməsi yolverilməzdir.

"Bu, ehtimal ki, Kaliforniyanın erməni lobbisınin gücünü göstərir", - deyə ekspert əlavə edib.

AzNews.az