- Köhnə - Siyasət
- 3 Sentyabr 2014 12:51
- 2 487
İsa Qəmbər Hacıbala Abutalıbova müraciət etdi

Müsavat Partiyası 8-ci qurultayına yer ayrılması üçün yenidən Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) rəsmi müraciət edib.
Bu barədə AzNews.az-a Müsavat Partiyasının təşkliat şöbəsinin müdiri Razim Əmiraslanlı məlumat verib.
O bildirib ki, müraciətdə qurultayın keçiriləməsi üçün ən azı 800-1000 nəfərlik zalın ayrılması göstərilib.
Xatırladaq ki, artıq 2 ilə yaxındır Müsavatla paytaxt meriyası arasında yer ayrılması ilə bağlı gərginlik yaşanır.
Partiya sonuncu dəfə qurultayını sentyabrın 27-də keçirilməsi barədə qərar verib.
Bahar Rüstəmli
AzNews.az