“Seçim zamanı bəzi qüsurlara və ədalətsizliklərə yol verildi. Bu kimi məsələlər səsvermənin nəticələrinin legitimliyinə şübhə oyadır”. “Seçim zamanı bəzi qüsurlara və ədalətsizliklərə yol verildi. Bu kimi məsələlər səsvermənin nəticələrinin legitimliyinə şübhə oyadır”.

Vurğun Əyyub Müsavat Məclisindən istefa verəcək - Açıqlama

“Seçim zamanı bəzi qüsurlara və ədalətsizliklərə yol verildi. Bu kimi məsələlər səsvermənin nəticələrinin legitimliyinə şübhə oyadır”.

Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının divan üzvü Vurğun Əyyub deyib.

O, divan üzvləri Hökumə İbrahimli, Məryəm Oruclu və özünün adının qurultay nümayəndələrinin siyahısına daxil edilməməyini belə izah edib: "İzahat verdilər ki, mən Türkiyənin Qars şəhərində yaşayıb işləyən zaman konfrans keçirilib, ona görə də mənim namizədliyim olmayıb. Bu, doğrudur. Amma bu izahatı verən şəxs də mənimlə bir rayon təşkilatında olub. O, konfrans nümayəndələrinə namizədliyimi təklif edə bilərdi. Nədənsə, namizədliyimi irəli sürmək onun da diqqətindən yayınıb".

V.Əyyub Qubad İbadoğlunun "Mən və tərəfdarlarım Müsavatda heç bir seçkili orqanlarda təmsil olunmaq niyyətində deyilik" fikrinə də münasibət açıqlayıb: "Mənim üçün seçkilərin nəticələrinin legitimliyi şübhə altındadır. Odur ki, Məclisin işində iştirakım da sual altındadır".

Bahar RÜSTƏMLİ
AzNews.az