İlham Əliyev Həştərxanda açılış etdi - FOTO

Prezident İlham Əliyev Həştərxana səfəri zamanı gubernator Aleksandr Jilkinlə birlikdə hava limanından birbaşa “Dostluq” uşaq bağçasının açılışına gedib.



AzNews.az xəbər verir ki, uşaq bağçası Azərbaycanın bu bölgəyə növbəti hədiyyəsi kimi qəbul olunur. Hazırda bağçada tamamlama işləri başa çatıb. Ümumilikdə bağça 240 uşaq üçün nəzərdə tutulub. Bu gün müəssisəyə qəbulun ilk növbəsi həyata keçiriləcək. Layihə kuratorlarının ideyasına əsasən, bağça yaxınlığında yerləşən 11 saylı orta məktəblə əməkdaşlıq edəcək.

Qeyd edək ki, Heydər Əliyevin adına olan 11 saylı məktəb bir neçə il əvvəl Heydər Əliyev Fondunun səyi ilə yenidən qurulub və yeni avadanlıqla təmin olunub.

Aydan Axundova
image description image description image description image description image description image description image description image description image description image description image description