“Milli Şuranın mitinqlə bağlı məktubuna tez bir zamanda cavab veriləcək”. “Milli Şuranın mitinqlə bağlı məktubuna tez bir zamanda cavab veriləcək”.

BŞİH-dən mitinq açıqlaması

“Milli Şuranın mitinqlə bağlı məktubuna tez bir zamanda cavab veriləcək”.



Bunu AzNews.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Zaur Ramazanov deyib.

O bildirib ki, bayram günləri olduğundan Milli Şuranın müraciətinə baxılmayıb: "Artıq is günləridir. Milli Şuranın müraciət məktubuna hələ baxılmayıb, yəqin bu günlərdə baxılacaq və onlara cavab veriləcək".

Qeyd edək ki, Milli Şura mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. Onlar oktyabrın 12-də keçirəcəyi mitinq üçün BŞİH-dən "Məhsul" meydanını istəyiblər.

Bahar RÜSTƏMLİ
AzNews.az