Bu gün Fransanın paytaxtı Parisdə Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sarkisyan arasında növbəti görüş olacaq. Bu gün Fransanın paytaxtı Parisdə Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sarkisyan arasında növbəti görüş olacaq.

Prezidentlər bu gün görüşəcək

Bu gün Fransanın paytaxtı Parisdə Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sarkisyan arasında növbəti görüş olacaq.


AzNews.az müsavat.com-a istinadən xəbər verir ki, Fransa prezidenti Fransua Ollandın aylardır davam edən təşəbbüskarlığının nəticəsi olaraq reallaşacaq bu təmas 2014-cü il ildə sayca üçüncü olacaq.


Bundan əvvəl prezidentlər sentyabrda - NATO-nun Uels sammiti çərçivəsində ABŞ dövlət katibi Con Kerrinin, ondan öncə - avqustda isə Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçidə bir araya gəlmişdilər.

Görüş ərəfəsi "Frans press" agentliyi Fransa prezidentinin dəftərxanasına istinadən Azərbaycan və Ermənistan prezidentləri arasında gözənilən Qarabağ danışıqlarının vaxtı və yeri barədə məlumatı yayıb. Məlumata əsasən, prezidentlər İlham Əliyev və Serj Sarkisyan fransalı həmkarları Fransua Ollandın vasitəçiliyi ilə oktyabrın 27-də görüşəcəklər. "Görüşün məqsədi iki ay əvvəl qeyd alınmış gərginlikdən sonra tərəflər arasında Qarabağ münaqişəsinin nizamlanmasına dair dialoqa kömək etməkdir" - deyə açıqlamada bildirilir.

Ollandın İlham Əliyev və Serj Sarkisyanla ayrıca görüşləri nəzərdə tutulub. Daha sonra danışıqlar üçtərəfli formatda davam edəcək. Bunun ardınca isə prezidentlər İlham Əliyev və Serj Sərkisyan Minsk Qrupunun həmsədrləri ilə görüşəcəklər. Gözlənilir ki, Yelisey sarayında prezidentlərin şərəfinə rəsmi şam yeməyi də təşkil olunacaq və orada üç dövlət başçısı Qafqazın gələcəyinə dair daha geniş mövzu ətrafında diskussiyalar aparacaqlar.