Elmar Məmmədyarov ABŞ-a getdi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirak etmək məqsədi ilə Nyu-Yorka yola düşüb.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

Sentyabrın 28-dək davam edəcək səfər çərçivəsində nazir Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin illik iclasında, həmçinin GUAM-a üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirakı nəzərdə tutulur. Nazir Elmar Məmmədyarovun BMT-nin Baş Assambelyasında çıxışı 28 sentyabr tarixinə planlaşdırılır.

Qeyd edək ki, Nyu-Yorkda Elmar Məmmədyarovun həmçinin bir sıra ikitərəfli görüşləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüş nəzərdə tutulur.

AzNews.az