Səfər Əbiyev: "İşğal faktı aradan qaldırılmayacağı təqdirdə Cənubi Qafqazda vəziyyət daha da təhlükəli xarakter alacaq" Səfər Əbiyev: "İşğal faktı aradan qaldırılmayacağı təqdirdə Cənubi Qafqazda vəziyyət daha da təhlükəli xarakter alacaq"

Müdafiə naziri mesaj verdi

Səfər Əbiyev: "İşğal faktı aradan qaldırılmayacağı təqdirdə Cənubi Qafqazda vəziyyət daha da təhlükəli xarakter alacaq"



Bu gün Azərbaycan müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Moninqstar ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Azərbaycana yeni təyin olunan səfiri təbrik edən nazir ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə ABŞ və Azərbaycan arasındakı strateji əməkdaşlıq əlaqələrinin verdiyi yüksək nəticələr, eyni zamanda hərbi sahədə əldə edilən naliyyətlər barədə geniş fikir mübadiləsi aparılıb.

Regionda mövcud hərbi-siyasi vəziyyətə və Dağlıq Qarabağ probleminin yaratdığı çətinliklərə toxunan S.Əbiyev münaqişənin sülh yolu ilə həlli məsələsində Minsk qrupuna daxil olan ölkələrin fəaliyyətlərini gücləndirmələrinin zəruriliyini deyib. Nazirin sözlərinə görə, işğal faktı aradan qaldırılmayacağı təqdirdə bütövlükdə Cənubi Qafqazda vəziyyətin daha təhlükəli xarakter alacağı qaçılmaz olacaq.

İlkin
AzNews.az