Onlar, artıq, danışıqların mənasız olduğunu görürlər Onlar, artıq, danışıqların mənasız olduğunu görürlər

Politoloq: “Danışıqların dayandırılması müharibəyə işarədir”

Onlar, artıq, danışıqların mənasız olduğunu görürlər



"Faktiki olaraq, 1 ildən çoxdur ki, danışıqlar dayandırılıb. Prezidentlər səviyyəsində son görüş 1 il öncə Tatarıstanın Kazan şəhərində olub. Həmin vaxtdan sonra formal olaraq Minsk Qrupunun nümayəndələri regiona səfər edib, görüşlər keçiriblər. Amma bunun heç bir nəticəsi olmayıb".

Bu sözləri AzNews.az açıqlamasında politoloq Zəfər Quliyev deyib. O bildirib ki, danışıqların dayandırılması öz təsirini göstərib: "Bu il iyunun əvvəlində ABŞ dövlət katibinin Bakıya səfəri zamanı cəbhədə gərginlik yaşandı. Hətta o zaman müharibənin qığılcımları da görünürdü.

Daha sonra Ramil Səfərovla bağlı iki ölkə arasında vəziyyət yenidən gərginləşdi. Ermənistan Səfərovun ölkəyə qaytarılmasından sonra çox aqressiv addımlar atdı. Azərbaycan tərəfi də buna qarşı öz cavabını verdi. Ümumiyyətlə, Azərbaycan höküməti dəfələrlə vurğulayıb ki, Ermənistan işğal niyyətlərindən əl çəkməzsə, müharibə ola bilər. Buradan belə nəticə çıxır ki, diplomatik əlaqələrin davam etdirilməməsi gərginlikdən xəbər verir".

Politoloq əlavə edib ki, danışıqların dayanması müharibəyə işarədir: "Ortada boşluq yaranıb və bu boşluğu doldurmaq lazımdır. Bu, təbiətin qanunudur. Danışıqlar gedən zaman bəzən militarist ritorika güclənirdi. Amma danışıqların aparılması gərginliyi aradan qaldırırdı. Azərbaycan rəhbərliyini də başa düşürəm. Onlar, artıq, bu danışıqların mənasız olduğunu görürlər.

Müharibə anonsları verilsə də, bu gözlənilən deyil. Yaxın dövr ərzində Azərbaycanda, Ermənistanda prezident seçkiləri keçiriləcək. Bilirsiz ki, Amerikanın da bu məsələyə təsir imkanları böyükdür. Bütün bunları nəzərə alaraq, deyə bilərəm ki, müharibə hələki təxirə salınır".

İlkin
AzNews.az