Müsavat partiyası Məclis sədrliyinə iddialı olan Sabir Məmmədli bu gün namizədliyini geri götürüb. Müsavat partiyası Məclis sədrliyinə iddialı olan Sabir Məmmədli bu gün namizədliyini geri götürüb.

Müsavatın Məclis sədrinin kimliyi məlum oldu

Müsavat partiyası Məclis sədrliyinə iddialı olan Sabir Məmmədli bu gün namizədliyini geri götürüb.



Bu barədə AzNews.az-a Müsavat partiyasından məlumat veriblər.

Dekabrın 27-də keçiriləcək seçkidə Müsavat partiyası Məclis sədrinə iddialı olan digər ikinci namizəd Nüşabə Sadıqlı tək mübarizə aparacaq.

Sabir Məmmədli namizədliyini hansı səbəbdən geri götürməsinin səbəbini açıqlamayıb.

Qeyd edək ki, dekabrın 27-də baş tutacaq seçkidə 25-ə yaxın şəxs sərbəst Məclis üzvlüyünə namizədliyini verib.

Məclis katibliyinə, Divana, MNTK-ya boş qalan yerlərə də seçkilər keçirilməsi nəzərdə tutulur.

Bahar RÜSTƏMLİ
AzNews.az