Azər Sarıyev: “Millət vəkilinin istefa ərizəsi MSK-ya daxil olmayıb” Azər Sarıyev: “Millət vəkilinin istefa ərizəsi MSK-ya daxil olmayıb”

MSK-nın Gülər Əhmədovanın yazdığı ərizədən xəbəri yoxdur

Azər Sarıyev: “Millət vəkilinin istefa ərizəsi MSK-ya daxil olmayıb”



Dünən Gülər Əhmədova mandatından imtina edib. Millət vəkili ərizəsində son günlər yayılan videonu əsas gətirərək, deputatlığına xitam verilməsini istəyib. Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, Milli Məclis ərizəyə oktyabrın 1-də keçiriləcək plenar iclasda baxacaq.

Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev AzNews.az-a deyib ki, Gülər Əhmədovanın istefa ərizəsi yazmaq xəbərini xəbər portallarının birindən oxuyub: "Bizə belə müraciət daxil olmayıb.

Yəqin istefa ərizəsi dünən iş vaxtının sonunda yazılıb. Çünki dünən günün sonunadək belə məlumat gəlməyib. Bizə bu müraciət daxil olan kimi MSK-nın iclasında müzakirə ediləcək və bu barədə mətbuata məlumat veriləcək. Hələlik bir söz deyə bilmərəm".

İlkin
AzNews.az