Əhmediejatın şəxsi foto-operatoru ABŞ-dan sığınacaq istədi - YENİLƏNİB

İran Prezidenti Əhmediejatın şəxsi foto-operatoru Amerikadan sığınacaq istədi. Qeyd edək ki, prezidentin foto-operatoru Həsən Gülxənban bir neçə müddət bundan öncə prezidentin 100 nəfərlik şəxsi heyəti ilə bərabər Amerkaya səfər edib.

Səfər zamanı o, Nyu-Yorkda BMT-nin sesiyasında iştirak edib. Amma Həsən Gülxənban İran Islam Respublikasının nümayəndə heyəti ilə geri qayıtmayıb.

***

İranın "Tabnak" və "Əlif" saytlarının verdiyi məlumata görə, Həsən Gülxənban İran Televiziyasında uzun illər operator vəzifəsində çalışıb. Bu prezidentin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Gülxənbanın ABŞ-a sayca ikinci səfəri olub. Golxənbanın səfərdən əvvəl ailəsini Türkiyəyə göndərdiyi barədə də məlumatlar yayılıb. 28 illik peşə təcrübəsinə malik olan opetaror güvənilən və etimad edilən kadrlarından biri kimi xarakterizə olunub.
Məlumat üçün bildirək ki, son zamanlar İranda hakimiyyətdaxili qüvvələrin getdiyi ölkələrdən sığınacaq istəməsi halları artıb. Bu qrupa adi vətəndaşlardan başqa idmançılar, diplomatlar, jurnalistlər daxildir.

Alpər
AzNews.az