Cəbhə xəttində atəşkəs pozuldu

Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində bir neçə istiqamətdə atəşkəsi pozub. AzNews.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində, Ağdam rayonunun işğal olunmuş Şıxlar kəndi yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az