Prezident Qızıl Aypara Cəmiyyətinin əməkdaşlarına medal verdi - SİYAHI

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir qrup əməkdaşının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.



AZNEWS.AZ xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında aztəminatlı insanlara sosial xidmət və humanitar yardım göstərilməsi sahəsindəki səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Abbasov Əli-Ağa Bəhmən oğlu

Ağamirzəyev Budaq Hüseyn oğlu

Cəfərova Nailə Cəfər qızı

Eyvazov Niyaz Bayram oğlu

Əliyev Rövşən Əlipaşa oğlu

Həsənov Üzeyir Oqtay oğlu

Xəlilova Sara Abdurahman qızı

Quliyeva Afət Vahid qızı

Mehdiyev Gəncəli Yahya oğlu

Mirzəyev Ceyhun Vəkil oğlu

Mustafayev Əlmirzə Əlirza oğlu

Səlim-zadə Elşən Rza oğlu

Şayev Şaban Zakay oğlu

Vəliyev Yaşar Vəli oğlu

Yusifov Rövşən Abas oğlu".