- Köhnə - Siyasət
- 8 Aprel 2015 17:03
- 2 496
Dövlət Neft Fondunun büdcəsi yoxlanılacaq - Hesablama Palatası
Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.
Palatadan AzNews.az-a verilən Kollegiya iclasında bəzi nəzarət tədbirləri üzrə Audit proqramları təsdiq edilib.
Proqrama əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin icrası vəziyyətinə dair, dövlət büdcəsindən və büdcədənkənar daxilolmalardan Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə dair, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Ağcabədi Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Xaçmaz Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinə su təchizatı və kanalizasiya sistemlərinin yaradılmasına ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirləri təsdiq edilib.